Riad Rəfiyev yaxın ətrafına niyə qonaqlıq verib?
Ayxan Abbasov “Turan Tovuz”un baş məşqçisi təyin olunduqdan sonra bu komanda ilə “Sumqayıt”ın oyunları hər zaman gərgin keçir.
41 yaşlı mütəxəssis Qərb təmsilçisinə məhz “Sumqayıt”dan yollanmışdı. O vaxtdan Abbasovla “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin münasibətləri elə də yaxşı deyil.
I dövrədə Tovuz komandası səfərdə “Sumqayıt”ı məğlub etdikdən (1:0) sonra Abbasov meydanın kənarında bu qələbəni çılğınlıqla qeyd etmişdi.
20-ci turda isə Samir Abasovun rəhbərlik etdiyi “Sumqayıt” öz meydanında “Turan Tovuz” üzərində qələbə qazana bildi – 2:1.
Msport.az-ın əldə etdiyi məlumata görə, həmin qələbədən sonra Riad Rəfiyev yaxın dostlarına qonaqlıq verib. Keçmiş baş məşqçisindən revanş alınmasını böyük coşğu ilə qeyd ediblər.
AYXAN







