featured-image-82612

“Real”ın zədəli futbolçusu Rodriqonun yaşıl meydanlara dönəcəyi vaxt müəyyənləşib.

Msport.az xəbər verir ki, 25 yaşlı vingerin dekabrın ortalarında sıraya qayıdacağı gözlənilir.

Braziliya millisinin üzvü martda çarpaz bağlarının qopması nəticəsində ağır xəsarət alıb.

Qeyd edək ki, 2019-cu ildən Madrid təmsilçisində çıxış edən Rodriqo 297 oyuna 71 qol və 57 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər