featured-image-49893

Mətbuatda və sosial şəbəkələrdə “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun “Neftçi”nin sükanı arxasına keçəcəyi ilə bağlı xəbərlər yayılıb. İddiaya görə, artıq ukraynalı mütəxəssislə razılıq əldə olunub. Onun yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı bildirilir.

Məlumatın həqiqətə uyğun olub-oladığını dəqiqləşdirmək üçün əvvəlcə 59 yaşlı məşqçinin özü ilə əlaqə saxladıq. Amma Qriqorçuk Msport.az saytına açıqlamasında haqqında çıxan xəbərləri nə təsdiq, nə də təkzib etdi. O, sadəcə “Bunu şərh etmək istəmirəm” dedi.

Ardınca isə təcrübəli mütəxəssisin xanımı Alina Qriqorçuka “Həyat yoldaşınızın “Neftçi”yə başçılıq edəcəyi ilə bağlı xəbərlər yayılıb. Deməli, sizi yenidən çox sevdiyiniz Bakkıda görəcəyik” sualı ilə müraciət ünvanladıq. Cavab isə bu cür oldu: “İnşallah! Amma mənim bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, Roman Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”nin baş məşqçisi olub. Klub onun rəhbərliyi altında iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Bənzər xəbərlər