Ronaldonun komandası darmadağın oldu
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu Asiya Çempionlar Liqasına məğlubiyyətlə başlayıb.
Msport.az xəbər verir ki, komanda turnirin I turunda səfərdə BƏƏ təmsilçisi “Əl-Eyn”ə 0:4 hesabı ilə uduzub.
Ronaldo görüşdə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, II turda “Əl-Eyn” səfərdə İraqın “Əl-Kuva” klubu ilə, “Əl-Nəsr” isə evdə Özbəkistanın “Neftçi” komandası ilə qarşılaşacaq. Hər iki oyun oktyabrın 12-də keçiriləcək.







