Ruan bulmacası - Braziliyalı futbolçu "Qəbələ"dən nə istəyir?
“Qəbələ”də Ruan Renatonun məsələsi açıq qalır. Braziliyalı müdafiəçinin əyalət klubunda qalıb-qalmayacağı hələ də dəqiqləşməyib.
Msport.az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm ili 100 min dollar maaşa oynayan 29 yaşlı futbolçu yeni müqaviləyə imza atmaq üçün pulunun artırılmasını istəyir. O, bu dəfə “Qəbələ”dən ilinə 170 min dollar tələb edib. “Qırmızı-qaralar” bunun həddindən artıq çox olduğunu deyərək, razılıq verməyiblər.
Ruanla “Zirə”nin maraqlandığı deyilsə də, Rəşad Sadıqovun da rəhbərlik etdiyi komanda bu pulu mərkəz müdafiəçisinə vermək niyyətində deyil. İndi “Qəbələ” rəsmiləri danışıqlar apararaq qiyməti aşağı salmağa çalışırlar. Görünən odur ki, Ruan başqa yaxşı təklif almasa, hazırkı komandasında ötən mövsümdəkindən bir qədər yüksək qiymətə oynamağa razılıq verəcək.
AYXAN







