featured-image-35780

Almaniyanın Şimal-Şərq Regional Liqasında 4-cü turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su səfərdə “Eulenburq” la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. R.Dadaşov start heyətdə meydana daxil olub və sonadək oynayıb. O, sözügedən görüşdə dubla imza atıb. Azərbaycan millisinin sabiq üzvü 44 və 74-cü dəqiqələrdə fərqlənib. Bu, Rüfətin 2023/2024 mövsümündə vurduğu 4-cü qol olub.

“Eulenburq” – “Dinamo” (Berlin) – 1:3
Qollar:
 Seydel, 29 (1:0), Rüfət Dadaşov, 44 (1:1), 74 (1:2), Zoqyani, 90+5 (1:3)

Qeyd edək ki, “Dinamo” hazırda 7 xalla 4-cü pillədə qərarlaşıb.

Bənzər xəbərlər