Rusiya çempionatı ilə Azərbaycan Premyer Liqası arasında elə də böyük fərq yoxdur" - Kamran Əliyev
“Sumqayıt”ın yeni transferi Kamran Əliyev Rusiya çempionatı ilə Azərbaycan Premyer Liqasını müqayisə edib.
Msport.az xəbər verir ki, CBC Sport-a açıqlama verən “Ximki”, “SKA Xabarovsk”, “Arsenal” (Tula) kimi klublarda oynamış hücumçu indi ciddi fərqin olmadığını deyib:
“Azərbaycan çempionatını izləyirdim, komandalardan xəbərim var idi. Futbolçuları tanıyıram. Əsas da millli komandaya cəlb olunanları. Yəni adaptasiya baxımdan ciddi problem olmadı.
Rusiya çempionatı ilə Azərbaycan Premyer Liqası arasında elə də böyük fərq yoxdur. Xüsusən də indi, Rusiyanı bir çox legionerlərin tərk etməsindən sonra. “Zenit” və bir-iki komandanı istisna etmək olar. Digərləri o qədər fərqlənmirlər”.
AYXAN







