"Sabah" Çempionlar Liqasının qalibi olmuş futbolçu ilə maraqlanır
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirə bilər.
Msport.az xəbər veirr ki, Öltözőn Túl insayder bloku Valdas Dambrauskasın komandasının Nabi Keyta ilə maraqlandığını yazıb.
31 yaşlı yarımmüdafiəçi “Ferentsvaroş”da çıxış edir. Təcrübəli futbolçu 2018-2019 mövsümündə “Liverpul”un heyətində Çempionlar Liqasını qazanıb.
Qeyd edək ki, bir müddət əvvəl “Qarabağ”ın da Keytaya maraq göstərməsi barədə xəbər yayılmışdı.







