featured-image-49872

“Sabah” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xarici mətbuata istinadən xəbər verir ki, Bakı klubu Xorvatiyanın “Slaven Belupo” komandasından İvan Lepinitsa ilə anlaşıb.

Artıq xorvatiyalı oyunçu ilə müqavilənin bütün detalları razılaşdırılıb. İddiaya görə, Azərbaycan təmsilçisi 25 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 400 min avro təzminat məbləği ödəyib.

Qeyd edək ki, İvan Lepinitsa daha əvvəl ölkəsinin “Riyeka” və “Zadar” klublarının, eləcə də Almaniyanın “Arminiya” komandasının formasını geyinib. Xorvatiyanın U-19, U-20 və U-21 yığmalarında da çıxış etmiş yarımmüdafiəçi 2020-ci ildə İngiltərə təmsilçisi “Çelsi”nin maraq dairəsində olub. Tərəflər arasında gedən danışıqlar koronavirus pandemiyasına görə dayandırılıb.

Bənzər xəbərlər