"Sabah" daha bir futbolçu ilə yolllarını ayırdı
Yeni mövsümə hazırlığı Sloveniyada davam etdirən “Sabah” daha bir futbolçu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, “bayquşlar” hücumçu Emanuel Apehlə yeni müqavilə bağlamayıb.
Nigeriyalı forvard ötən mövsüm Azərbaycan Premyer Liqasında 31 oyunda 3 qol vurub.
27 yaşlı futbolçu 2022-ci ilin yayında “Sabah”a trasfer olunmuşdu.