"Sabah" daha bir futbolçu ilə yollarını ayırdı
UEFA Kpnfrans Liqasında çıxış edəcək “Sabah” heyətinə əl gəzdirir. Msport.az klubun rəsmi sahtına istinadən xəbər verir ki, Masazır təmsilçisi Kristian da Silvayla yollarını ayırıb. Braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.
30 yaşlı yarımmüdafiəçi 2022-ci ilin qışında “Sabah”a transfer olmuşdu. O, ötən mövsüm Azərbaycan Premyer Liqasında 30 oyunda meydana çıxıb və 1 qol vurub.