“Sabah”ın müdafiəçisi Braziliyaya qayıtmaq istəmir
“Sabah”ın yeni transferi Erivaldo Almeyda uzun müddət Azərbaycanda qalmaq niyyətindədir.
Msport.az xəbər verir ki, 26 yaşlı braziliyalı bunu ölkəsinin mətbuatına açıqlamasında deyib.
Mərkəz müdafiəçisi “Sabah”ın heyətində Azərbaycan çempionatı və Çempionlar Liqasında parlaq nəticələr əldə etmək arzusundadır. O, bunun sayəsində Avropanın daha böyük liqalarına keçid etməyi hədəfləyir.
Almeyda hələlik Braziliyaya qayıtmağın erkən olduğunu düşünür: “Hələ bir neçə il Braziliyaya qayıtmaq planım yoxdur. Burada – Avropada vəziyyətim yaxşıdır və qalmağa ümid edirəm. Hazırda burada daha da irəliləmək niyyətindəyəm. Amma sabahın nə gətirəcəyini bilmək olmur. Braziliyaya qayıtmaq üçün qapı həmişə açıq olacaq”.
Qeyd edək ki, Portuqaliyanın “Maritimo” klubundan transfer edilən Erivaldo Almeyda “Sabah”la 3 illik müqavilə imzalayıb.







