featured-image-35196

“Sabah”ın sabiq qapıçısı Saşa Stamenkoviç Bakı klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Partizan”a qalib gələcəyinə inanır.

Msport.az xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə Serbiya mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Belqrad təmsilçisinin şansları yalnız böyük avrokubok təcrübəsinə görə yüksək qiymətləndirilir: “Sabah”ın qalib gəlməsi sürpriz olmayacaq, çünki Azərbaycan futbolu yüksəlişdədir”.

“Bank Respublika Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Saşa Stamenkoviç 2018-2021-ci illərdə “Sabah”ın formasını geyinib.

Bənzər xəbərlər