featured-image-84711

“Lion” Karlos Visensin komandanın baş məşqçi təyin olunduğunu açıqlayıb.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssislə müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Visens daha əvvəl “Mançester Siti”də Pep Qvardiolanın məşqçilər korpusunda çalışıb. O, 2025-ci ilin yayında İngiltərə klubundan ayrılaraq Portuqaliyanın “Braqa” komandasına rəhbərlik edib. Lakin 2026-cı ilin oktyabrında istefaya göndərilib.

İspaniyalı mütəxəssis “Lion”da karyerasını Lissabon “Sportinq”ində davam etdirən Paulu Fonsekanı əvəzləyib.

Qeyd edək ki, Fransa çempionatında 12 turdan sonra “Lion” Liqa 1-in turnir cədvəlində beşinci yerdədir.

Bənzər xəbərlər