“Sabah”ın təzyiqinə məğlub olduq” - “Partizan”ın baş məşqçisi
Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah” ilə “Partizan” (Serbiya) arasında keçirilən ilk oyundan (2:0) sonra qonaq komandanın baş məşqçisi İqor Dulyay jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis məğlub olduqları oyundan sonra bunları deyib:
– Hesabdan başqa “Sabah”dan nədən geri qaldız?
– Demək olar, bütün amillərdə.
– “Sabah”ın yarımmüdafiə xəttində sıx oynayaraq rəqibə üstünlük yaratdığını demək olar?
– Rəqibin təzyiqinə məğlub olduq. Müdafiəçilərə fikirləşməyə vaxt vermirdilər. 15-20 dəqiqədən sonra oyuna qoşula bildik, amma artıq gec idi.
– Dünən Saldanyadan məlumatlar topladığınızı demişdiz. Bu gün “Sabah”ın gücü bəlli oldu. Bəs, Saldanyanın oyunundan razı qaldız?
– Saldanya əla futbolçudur, ona inanıram. O, yüksək səviyyədə çıxış edir. Sadəcə uyğunlaşması üçün vaxt lazımdır.
– “Sabah” bu gün üçüncü, “Partizan” isə 300-cü avrokubok oyununu keçirdi. Cavanın qocaya dərs keçdiyini deyə bilərik?
– Sözsüz ki, demək olar. “Sabah” bizə dərs keçdi. Rəqib baş məşqçini təbrik etdim. Növbəti oyunda nələr olacağını görəcəyik.
– Şansları necə qiymətləndirirsiz?
– Bir az sakitləşib, oyunu təhlil etməliyik. Öz meydanımızda başqa oyun göstərə bilərik. Azarkeşlərimizin də dəstəyi ilə daha yaxşı oyun göstərəcəyik.







