featured-image-82463

UEFA Çempionlar Liqasının birinci turunda baş tutan “Mançester Yunayted” – “Sabah” qarşılaşmasının ən yaxşı oyunçusu seçilən Patrik Dorqu qarşılaşmadan sonra açıqlama verib.

Msport.az xəbər verir ki, “Mançester Yunayted”in müdafiəçisi komandasının 4:0 hesablı qələbəsini dəyərləndirib.

“Dörd qol və qapımızı toxunulmaz saxlamaq – mükəmməl gecə idi. Buna görə də meydana qayıtmaq əla oldu. Komandanın çıxışı yaxşı alındı və bu, həftəsonu öncəsi bizə əlavə inam qazandırdı”, – deyə danimarkalı futbolçu UEFA-nın rəsmi saytına bildirib.

Qeyd edək ki, “Old Trafford”da keçirilən oyunda “Mançester Yunayted” “Sabah”ı 4:0 hesabı ilə məğlub edib. Start heyətində meydana çıxan 22 yaşlı müdafiəçi komandasının ilk qolunun ötürməsini verməklə yanaşı, matçın ən yaxşı oyunçusu seçilib.

Bənzər xəbərlər