“Sabah” “Partizan” məğlub etdi, “Neftçi" "Beşiktaş"a uduzdu
“Sabah” və “Neftçi” klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.
Msport.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya “Partizan”ı ilə qarşılaşacaq. “Bank Respublika Arena”dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.
“Ağ-qaralar” isə bu raundun ilk duelində Türkiyə nəhəngi “Beşiktaş”ı sınağa çəkəcək. “Neftçi Arena”da oynanılacaq görüşün start fiti saat 21:00-da veriləcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
10 avqust
20:00. “Sabah” (Azərbaycan) – “Partizan” (Serbiya) 2:0
Qol: Letiç, 70, 74
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
“Bank Respublika Arena”
“Sabah”: Yusif İmanov, Sofian Çakla, Hadudi, Amin Seydiyev, Kristian Silva, Boyan Letiç, Vinsent Till, Aleksey İsayev, Marqarita, Emmanuel Apeh, Anatoli Nuriyev.
“Partizan”: Yovanoviç, Antiç, Markoviç, İliç, Filipoviç, Kanute, Beliç, Meniq, Kalulu, Xander, Saldanya.
21:00. “Neftçi” (Azərbaycan) – “Beşiktaş” (Türkiyə) 1:3
Qol: Abubakar, 14, Muleka, 24, Uçan, 62 – Lebon, 79
Baş hakim: Lukas Fandrix (İsveçrə)
“Neftçi Arena”
Neftçi: İvan Brkiç, İsmayıl Zülfüqarlı, Yuri Matias, Mark Tamaş, Azər Salahlı, Ata Caber, Emin Mahmudov, Fərid Yusifli, Kenni Sayef, Andre Şinyaşiki, Kilan Lebon.
Beşiktaş: Mert Günok, Umut Meraş, Kolli, Amarti, Rosye, Gedson Fernandes, Salih Uçan, Cekson Muleka, Amir Hadziahmetoviç, Onur Bulut, Vensan Abubakar.
Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq.