“Sabah” – “Partizan” oyunu ilə bağlı xəbərdarlıq
Bakıda “Sabah” və “Partizan” arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununa plastik və şüşə qablarda su buraxılmayacaq.
Msport.az xəbər verir ki, əvəzində azarkeşlər “Bank Respublika Arena”da təmənnasız su ilə təmin ediləcəklər.
Stadionun girişində tərəfdarlara plastik stəkanlarda su paylanacaq.
Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.







