featured-image-23894

“Şamaxı” Azərbaycan Premyer Liqasının 24-cü turunda öz meydanında “Sabah” üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Msport.az xəbər verir ki, bu qalibiyyətə görə, futbolçulara ödəniləcək mükafat məlum olub. Əsas heyətdə meydana çıxan oyunçular 1000, sonradan oyuna daxil olanlar 750, ehtiyatda qalanlar isə 500 manat mükafat əldə edəcəklər.

Lakin matç başa çatdıqdan sonra “Şamaxı”nın futbolçuları rəhbərlikdən mükafatın bir qədər artırılmasını xahiş ediblər. Klub rəsmiləri söz veriblər ki, məbləği artıracaqlar. Böyük ehtimalla, start heyətində yer alan oyunçulara 1500 manat veriləcək.

AYXAN 

Bənzər xəbərlər