“Şahdağ Qusar”da əcnəbi futbolçu
Azərbaycan Birinci Liqasında çıxış edən “Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Msport.az xəbər verir ki, bu barədə “Şahdağ Qusar” futbol klubu məlumat yayıb.
Bildirilir ki, komanda heyətini Aqostinyo Çipesse ilə gücləndirib. Anqolalı yarımmüdafiəçi növbəti mövsümü “Şahdağ Qusar”ın heyətində keçirəcək.







