featured-image-24241

“Səbail” Azərbaycan Kubokunun final oyununun “Bakcell Arena”ya salınmasına münasibət bildirib.

Komandanın baş məşqçisi Şahin Diniyev Msport.az-a açıqlamasında bunun ciddi problem olmadığını söyləyib.

O deyib ki, final görüşlərinin yeri əvvəldən planlaşdırılır: “Məsələn, vaxt olub ki, həlledici qarşılaşma Qəbələdə keçirilib, finalda yerli komanda oynayıb, amma “Neftçi” qalib gəlib. Final axırıncı oyundur. Orada hər komandanın azarkeşləri ola bilər”.

57 yaşlı mütəxəssisin sözlərinə görə, oyunun yeri mövsümün əvvəlində müəyyənləşdirilsəydi, daha yaxşı olardı: “Belədə heç kimin deməyə sözü olmazdı. Allah eləsin, finala çıxaq. Bu, bizim üçün hər hansı probem yaratmır”.

CAHİD

Bənzər xəbərlər