Şakira Qətərin təklifindən imtina etdi
Məşhur müğənni Şakira dünya çempionatının açılışında iştirak etməkdən imtina edib. Msport.az “Reproduçao”ya istinadən xəbər verir ki, o, Qətərdə LGTB və insan hüquqlarının pozulması ilə bağlı bu addımı atıb.
Argentinalı sənətçi açılış mərasimində konsert verməyə çağırılsa da, boyun qaçırıb.
Qeyd edək ki, Şakira ispaniyalı futbolçu Jerar Pike ilə evli olub. Cütlük bu bu yaxınlarda ayrılıb.
Dünya çempionatı noyabrın 20-də Qətər – Ekvador matçı ilə start götürəcək.