featured-image-50873

Argentina millisinin hücumçusu Lionel Messi Amerika Kubokunun finalında Kolumbiyaya qarşı keçirəcəkləri oyunöncəsi psixoloji durumu ilə bağlı danışıb.

Msport.az xəbər verir ki, 37 yaşlı futbolçu əvvəlki qədər həyəcanlı olmadığını bildirib:

“Həmişə olduğu kimi, sakitəm və görüşün başlamasını gözləyirəm, gündəlik həyatıma davam edirəm. Son bir neçə ildə yaşadıqlarımızdan sonra indi daha sakitəm. Tələsməkdənsə, baş verənlərdən daha çox həzz almağa və hər anı yaşamağa çalışıram. Mən, sadəcə anı yaşayıram və oyunun startını gözləyirəm. Vaxtı gələndə diqqətimizi matça yönəldəcəyik”.

Qeyd edək ki, iyulun 14-dən 15-nə keçən gecə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.

Bənzər xəbərlər