Saldanya "Neftçi"də nə qədər maaş alacaq?
“Neftçi”nin yeni transfer Mateus Saldanyanı Bakıya gətirmək üçün nə qədər xərcə düşdüyü məlum olub. “Ağ-qaralar” braziliyalı hücumçu ilə 1 il müddətinə icarə müqaviləsi bağlayıb. 23 yaşlı futbolçunun transfer hüquqları Yaponiyanın “JEF Yunayted Çiba” klubuna məxsusdur. O, son olaraq Çin Superliqasında “Çendu Sinçen” komandasında forma geyinib.
Msport.az-ın əldə etdiyi məlumata görə, “Neftçi” icarə müqaviləsinə görə Yaponiya təmsilçisinə 200 min dollar ödəyib. Qeyd edək ki, forvardın maaşı da az deyil. Saldanya paytaxt klubunda ilinə 300 min dollar əməkhaqqı alacaq.
AYXAN







