featured-image-49622

“Şamaxı” heyətinə daha bir yeni futbolçu cəlb edib. Msport.az xəbər verir ki, Premyer Liqanın debütantı Brahim Konate ilə müqavilə bağlayıb.

Fransalı yarımmüdafiəçi qarşıdakı bir il ərzində əyalət klubunun şərəfini qoruyacaq. Karyerasına Fransanın “Oser” klubunda başlayan Konate vaxtilə bu ölkənin U-20 yığmasında çıxış edib. Onun son klubu İsrailin “Hapoel Afula” komandası olub.  Yarımmüdafiəçi əvvəllər “Kaunas Jalgiris” (Litva), “Rayo Majadahonda” (İspaniya), “Fuenlabrada” (İspaniya), “Niort” (Fransa) klublarında da çıxış edib.

Bənzər xəbərlər