"Şamaxı" Namibiya millisinin müdafiəçisi ilə anlaşdı
Bir illik fasiilədən sonra yenidən Premyer Liqaya qayıdan “Şamaxı” heyətini gücləndirir. Msport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Lubeni Haukonqo ilə anlaşıb.
Namibiya millisinin üzvü olan mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Onun son klubu Cənubi Afrika Respublikasının “Cape Town Spurs” klubu olub. 24 yaşlı futbolçu vaxtilə “Lill” B komandasında olsa da, Fransa təmsilçisində bir oyun belə keçirməyib.
Haukonqo 2021-ci ildən Namibiya millisinə dəvət alır.