featured-image-16846

Müqavilə ilə “Sabah”a məxsus olan, hazırda isə “Şamaxı”nın formasını geyinən Kamran Quliyevin Msport.az saytına müsahibəsi

– Mövsümə uğrusuz başlayan “Şamaxı” son 2 oyunda qələbə qazandı. Bunun sirri nədədir?

– Buna görə çox sevincliyik. Bizə inanan, dəstək olan hər kəsə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Amma 2 oyunla çempionat bitmir. Qarşıda cox oyun nəvar. Həmin matçlara da yüksək səviyyədə hazırlaşıb oynamaq lazımdır. Əvvəlki görüşlərdə də xal və xallar qazanmağa yaxın olmuşduq. Lakin tecrübəsizlik bizə mane olurdu. Təcrübə artdıqca, qələbələrin də davamı gələcək.

– Bu mövsüm artıq 4 qol vurmusan. Yəqin ki, çıxışından razısan…

– 4 qol vurmağım “artıq hər şeyi etmişəm” mənasına gəlmir. Öz üzərimdə işləyib daha çox qol vurmaq istəyirəm.

– “Şamaxı” ilə 1 illik müqaviləniz var. Necə düşünürsünüz, hazırkı çıxışınız sizi “Sabah”a vaxtından tez, məsələn, qış fasiləsində qaytara bilərmi?

– Daha da “artırmaq” lazımdır. “Sabah”a qayıtmaq barədə heç nə deyə bilmərəm. Bu, klublar arasında olan məsələdir. İndiki məqamda mənə daha çox oynamaq lazımdır.

– Bu cür oyun göstərməyiniz millinin qarşıdakı toplanışına dəvət almağınıza səbəb ola bilər? Ümumiyyətlə, De Byazidən dəvət gözləyirsiniz?

– Məlum məsələdir ki, futbolçusansa, ən böyük arzun əsas millinin formasını geyinmək olmalıdır. Mən də əlimdən gələni edəcəm ki, yığmaya dəvət alım. Amma tam semimi cavab verim ki, indiki halda dəvət gözləmirəm. Çünki sabit oynamağa yeni-yeni başlayıram.

– Karyeranızla bağlı əsas hədəfiniz nədir?

– Əsas məqsədim milli komandada oynamaq, yenidən Avropaya yollanıb, orada mümkün qədər çox qalmaq və sevdiyim işlə məşğul olmaqdır.

– Avropada hansı klubun formasını geyinmək istərdiniz?

– Niderlandın PSV komandasında.

– Maraqlıdır. Niyə məhz PSV?

– Niderland futbolu ilə çox maraqlanıram. PSV-də çox sayda istedadlı futbolçular var. Onların oyunlarını, məşqlərini izləməyə çalışıram. Akademiyadan çox oyunçu yetişdirirlər. Ona görə də bu komandaya simpatiyam var.

– Yəqin ki, DÇ-2022-də də Niderland millisinə azarkeşlik edəcəksiniz…

– Xeyr. Braziliya olan yerdə Niderland ikinci planda qalır.

– Qətərdəki mundialda azarkeşlik etdiyiniz “sambaçılar”dan nə gözləyirsiniz?

– Ən azından final gözləyirəm. Məncə, həlledici oyuna qədər irəliləyəcəklər. Finalda nələr olacaq, bunu artıq deyə bilmərəm. Finalda Argentinadan başqa komanda ilə qarşılaşsalar, inanmıram ki, fürsəti əldən versinlər.

– Bəs, Argentina ilə qarşılaşasalar…

– O zaman artıq şanslar bərabər olacaq. Səhv etmirəmsə, Argentina millisi 38 və ya 40 oyundur məğlub olmur. Kifayət qədər fantastik göstəricidir.

– Lioneı Messi, Kriştiano Ronaldo, yoxsa Neymar?

– Vinisius Junior (gülür).

Bənzər xəbərlər