featured-image-23822

Misli Premyer Liqasında XXIV turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

Əvvəlcə “Şamaxı” doğma meydanda “Sabah”la münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri gözlənilməz qələbəyə seviniblər.

Günün digər matçı isə “Sumqayıt”la “Kəpəz” arasında baş tutub. Bu oyunda da qapılara üç qol vurulub. Yekunda isə Gəncə təmsilçisi səfərdə inamlı qələbə qazanıb.

İlk oyun günündə baş tutan “Səbail” – “Qəbələ” matçında qalib müəyyənləşməyib (2:2), “Turan Tovuz” isə “Zirə”yə məğlub olub – 0:2. Turun son matçı “Qarabağ”la “Neftçi” arasında baş tutacaq.

Misli Premyer Liqası
XXIV tur
25 fevral

“Şamaxı” – “Sabah” 2:1
Qol: A.Yunanov, 72; 90+5-pen – A.Kaşuk, 77.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Eyyub İbrahimov, Əli Əliyev.
Şamaxı şəhər stadionu, 14:30.

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 7. Asim Əlizadə, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 29. Ramin Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.
Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh.
Məşqçi: Vitali Korneyev.

“Sumqayıt” – “Kəpəz” 1:2
Qol: Y.Nəbiyev, 88-öz qapısına – A.Ayzaya, 6. M.Junior, 38.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Kamal Umudlu
“Kapital Bank Arena”, 17:00.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 9. Kərim Abubakar, 7. Terrens Tisdel, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Vəliyev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.
Kəpəz: 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci.
Baş məşqçi: Tərlan Əhmədov.

Bənzər xəbərlər