Samir Abasov CBC Sport-un suallarını cavablandırmaqdan imtina etdi
Azərbaycan Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (2:1) sonra qonaqların baş məşqçisi Samir Abasov CBC Sport-un canlı efirində açıqlama vermək istəməyib.
Msport.az xəbər verir ki, hər matçdan sonra məşqçilər qısa şəkildə yayımçı şirkətin nümayəndəsinin suallarını cavablandırırlar.
Lakin Qəbələdəki görüşdən sonra Abasov mikrafon önünə keçməkdən imtina edib.
ANAR ABDULLAYEV







