featured-image-49422

AFFA ilə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş arasında imzalanan müqavilənin müddəti açıqlanıb.

Msport.Az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev 70 yaşlı mütəxəssisin təqdimat mərasimində məlumat verib.

Bildirilib ki, onun sözləşməsinin müddəti 3+1 illikdir.

Qeyd edək ki, Fernandu Santuş 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb. Onun son iş yeri Türkiyənin “Beşiktaş” komandası olub.

Bənzər xəbərlər