featured-image-81224

I Liqanın iddialı klublarından sayılan “Səbail” 4 legioner futbolçu ilə anlaşıb.

Msport.az xəbər verir ki, son olaraq Braziliyanın “Ferroviario” klubunda çıxış etmiş 30 yaşlı hücumçu Felipe Hulkla 1+1 illik müqavilə imzalanıb. Hulk 99 nömrəli forma ilə çıxış edəcək.

Növbəti transfer Portuqaliyanın “Braqa” klubunun yetirməsi olan Yan Saiddir. 23 yaşlı mərkəz hücumçusu “Braqa B”nin heyətində ümumilikdə 79 qarşılaşmada 15 qol vurub. Yan Said 9 nömrəli formanı geyinəcək.

Daha bir transfer son olaraq Lüksemburqun “Dudelange” klubunda çıxış etmiş Aldo Josue Gomes Soaresdir (Dinho). 26 yaşlı hücumçu ötən mövsüm “Dudelange”da 22 oyunda 7 qol vurub. O, “Səbail”də 80 nömrəli forma ilə çıxış edəcək.

I Liqa təmsilçisinin digər yeni transferi isə ötən mövsümü “Şahdağ Qusar”da keçirmiş Peter Agblevordur. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Agblevor 22 nömrəli forma ilə mübarizə aparacaq.

Bənzər xəbərlər