featured-image-31022

“Səbail”dən niyə ayrıldığımı klub rəhbərliyindən soruşun” – Mazurek

Premyer Liqada qalmağı son anda təmin edən “Səbail” mövsüm başa çatdıqdan sonra bir neçə legioneri ilə yollarını ayırdı. Komandanı tərk edənlər arasında Franko Mazurek də var. Mövsüm ərzində stabil oyun sərgiləyən, hətta son turda “Səbail”ə “Şamaxı” üzərində vacib qələbə qazandıran Argentinalı ən gedişi birmənalı qarşılanmadı.

Məsələyə aydınlıq gətirmək üçün pleymeykerin özü ilə əlaqə saxladıq. Mazurek Msport.az saytına açıqlamasında bunları söylədi:

“Müqaviləm başa çatdı, klub isə yeni sözləşmə təklif etmədi. Səbəbini məndən yox, “Səbail”dən soruşun. Mən tərəfdən bunun doğru qərar olub-olmadığını demək çətindir. Çünki hər şeyi mən edə bilmərəm, qarşılıqlı olmalıdır. Artıq gələcəyə baxmalıyam. Baş məşqçi və klub rəhbərliyinə nə demək istərdim? Heç nə”.

CAHİD

Bənzər xəbərlər