“Səbail”in ilk rəqibi məlum oldu
Türkiyədə təlim-məşq toplanışında olan “Səbail”in ilk yoxlama oyunundakı rəqibi məlum olub.
Msport.az xəbər verir ki, “dənizçilər” “Güzide Gebzespor”la qarşılaşacaq
Oyun sabah Bakı vaxtı ilə 17:00-da başlayacaq.
Türkiyə 2-ci liqasında mübarizə aparan “Güzide Gebzespor”la matç “The Sign Hotel”in meydançasında baş tutacaq.







