featured-image-30161

“Şamaxı”nın futbolçusu Əli Səmədovun Msport.az saytına müsahibəsi

– Son turda “Neftçi” ilə heç-heçə etdiniz. Nəticə sizin üçün sürpriz olmadı?
– Düzdür, “Neftçi”dən 1 xal aldıq, amma qələbə də qazana bilərdik. Xüsusilə 2-ci hissədə rəqibdən daha yaxşı oynadıq. Hər xal bizim üçün çox vacibdir. Amma qalib gəlsəydik, daha yaxşı olardı.

Demək olarmı ki, bu nəticə Premyer Liqada qalmaq şanslarınızı artırdı?
– Hazırda hər xal bizim üçün həyati önəm daşıyır. Hələ də sonuncu pillədəyik. Bu yerdən qurtulmaq üçün əlimizdən gələni etməliyik.

– Bu tur “Qəbələ” ilə qarşılaşacaqsız. Onlar da 4-cü yer uğrunda mübarizə aparırlar. Oyunla bağlı nə deyə bilərsiniz?
– Bizi çox ağır oyun gözləyirə. “Qəbələ” yaxşı komandadır və avrokuboklara düşmək uğrunda mübarizə aparır. Onlara da xal və ya xallar lazımdır. Bizim üstünlüyümüz odur ki, evdə oynayırıq. Azarkeşlərin də dəstəyi ilə əlimizdən gələni etməliyik ki, maksimum nəticə qazanaq.

Ümumiyyətlə, son iki turda “Şamaxı”nı finala bərabər oyunlar gözləyir. Xüsusilə son turda “Səbail”lə görüş ölüm-dirim matçı olacaq. Sizcə, Premyer Liqanı hansı komanda tərk edəcək? 
– Həqiqətən ölüm-dirim oyunu olacaq. Ümid edirik ki, mübarizəni ən azı son tura qədər davam etdirə biləcəyik. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq. Amma asan olmayacaq. Çünki “Səbail” də eyni məqsəd uğrunda oynayır. Şansları bərabər dəyərləndirirəm. Hər iki komandanın şansı var. Ümid edirəm ki, bunu bacaran məhz biz olacağıq.

Yayda klubla müqaviləniz başa çatır. Planlarınız necədir?
– Açığı, hələlik bu barədə heç nə fikirləşmirəm. Hazırda bütün diqqətimiz çempionata yönəlib, başqa şey düşünə bilmirik. Finişə 2 tur qalıb. Son pillədən qurtulub Premyer Liqada qalmaq istəyirik. Tamamilə buna köklənmişik.

CAHİD

Bənzər xəbərlər