featured-image-13846

“Səbail” bu gün Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Qəbələ”ni qəbul edəcək.

Msport.az xəbər verir ki, bu oyun Mahmud Qurbanovun paytaxt klubunun baş məşqçi postunda son matçı ola bilər. Ötən mövsümlə müqayisədə büdcəsi üç dəfə artan “Səbail”in çempionata istənilən kimi başlamaması klub rəhbərliyinin  səbr kasasını daşırıb.

“Dənizçilər” 7 oyundan sonra 5 xalla turnir cədvəlində 7-ci yeri tutur. Ən pisi isə odur ki, Mahmud Qurbanovun komandası 6-cı sırada olan  “Zirə”dən 5 xal geri qalır.

Əgər “Səbail” öz meydanında “Qəbələ”yə uduzarsa, Qurbanov istefaya göndərilə bilər. Rəhbərlik 49 yaşlı məşqçiyə son şans verib. Qeyd edək ki, paytaxt klubu son 3 görüşdə qələbə qazana bilməyib. “Səbail” “Sabah”la qolsuz bərabərə qaldıqdan sonra “Zirə”yə öz meydanında 1:2, “Neftçi”yə isə 0:2 hesabı ilə uduzub.

 

Bənzər xəbərlər