featured-image-49933

“Qəbələ” futbolçusu Asif Məmmədovla müqavilənin müddətini uzadıb.

Klubdan Msport.az saytına verilən məlumata görə, 38 yaşlı yarımmüdafiəçi daha bir il bölgə təmsilçisinin formasını geyinəcək.

“Qırmızı-qaralar”ın kapitanı ilə sözləşmənin müddəti 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ”də çıxış edən yarımmüdafiəçi 2006/2007-ci illər mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib. O, bu müddətdə 252 oyunda 17 qol vurub. Premyer Liqada 197 matçda 13, Azərbaycan Kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında isə 1 dəfə fərqlənib.

Bənzər xəbərlər