"Şəfa" qalib gəldi, "Mingəçevir" "Səbail"i keçdi
Futbol üzrə Azərbaycan I Liqasında 21-ci tura yekun vurulub.
Msport.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.
Turun mərkəzi görüşündə “Şəfa” və “Səbail” komandaları üz-üzə gəlib. Oyun çempionatın lideri “Şəfa”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Mingəçevir” səfərdə “Şimal”ın qapısından 3 cavabsız top keçirib. Qonaqların heyətində Bahadur Həziyev dubl edib.
“Difai” isə öz meydanında “Şahdağ Qusar”a böyük hesabla məğlub olub – 0:3.
“Şəfa”xallarının sayını 48-ə çatdırıb və ən yaxın izləyicisi “Baku Sportinq”dən 8 xal öndədir. “Mingəçevir” 39 xalla 3-cü, “Səbail” isə 37 xalla 4-cü yeri tutur.
I Liqa
9 aprel
“Şəfa” – “Səbail” 2:1
Qollar: Emin Zamanov, 48, Nahid Əliyev, 57 – Kamran Quliyev, 61-pen.
“Şimal” – “Mingəçevir” 0:3
Qollar: Bahadur Həziyev, 62, 87, Kennet Kalunqa, 87.
“Difai” – “Şahdağ Qusar” 0:3
Qollar: Famil Camalov, 10, Kvaku Adjey, 29, Sənan Ağalarov, 31.
Qırmızı vərəqə: K.Adjey, 78.







