featured-image-76172

Azərbaycan I Liqasında 25-ci turun oyunlarına start verilib.

Msport.az xəbər verir ki, turun mərkəzi görüşü Buzovnada keçirilib. Orada “Baku Sportinq” “Mingəçevir”i qəbul edib. Matçda qalib müəyyənləşməyib – 1:1.

Meydan sahiblərinin heyətində İlham Allahverdiyev 8-ci dəqiqədə hesabı açsa da, Kennet Kalunqa 34-cü dəqiqədə bərabərliyi təmin edib.

Günün digər oyununda lider “Şəfa” Binə Stadionunda “Şahdağ Qusar”ı Emin Zamanovun qolu ilə məğlub edib – 1:0.

Xəyal Tomarov 26-cı dəqiqədə qırmızı vərəqə aldıqdan sonra “Şəfa” azlıqda qalsa da, qonaqlar bundan istifadə edə bilməyiblər. 90+3-cü dəqiqədə Qusar təmsilçisinin heyətində Aqostino Çipesse də meydandan qovulub.

“Şəfa” 19 oyundan sonra 45 xalla turnir cədvəlinə başçılıq edir. “Baku Sportinq” 37 xalla 2-ci yeri tutur. “Mingəçevir” və “Səbail” hərəyə 33 xalla 3-4-cü yerləri bölüşürlər. Lakin “dənizçilər” sabah meydana çıxacaqlar.

18 mart 

I Liqa, 25-ci tur 

“Şəfa” – “Şahdağ Qusar” 1:0

Qol: Emin Zamanov, 45.

“Baku Sportinq” – “Mingəçevir” 1:1

Qollar: İlham Allahverdiyev, 8 – Kennet Kalunqa, 34.

“Səbail” – MOİK, “Şimal” – “Zaqatala” və “Difai” – “Cəbrayıl” oyunları marın 18-də və 19-da keçiriləcək.

Bənzər xəbərlər