Şəhriyar qalib ola bilər, Karlsen büdrəsə
Şəhriyar Məmmədyarov bu gün Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirinin qalibi ola bilər.
Msport.az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın sonuncu – 9-cu günündə həmyerlisi Teymur Rəcəbovla ağ fiqurlarla oynayacaq.
Məmmədyarov hazırda 14,5 xalla ikinci pillədə qərarlaşıb. 6,5 xalı olan Rəcəbov 9-cu sıradadır.
15 xala malik norveçli dünya çempionu Maqnus Karlsen liderdir. O, sonuncu görüşündə bolqarıstanlı Veselin Topalovla qara fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.