Sərbəst güləşçilərimiz Parisə tam heyətlə gedir
Bakıda təşkil olunan güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri başa çatıb.
Msport.az xəbər verir ki, Azərbaycan millisi üç gün davam edən yarışda Paris-2024 Yay Olimpiya Oyunlarına 5 lisenziya qazanıb.
Bütün vəsiqələr sərbəst güləşçilərin hesabındadır.
Yarışın son günündə Milli Gimnastika Arenasının xalçasına çıxan 5 pəhləvanımız Fransa paytaxtına bilet qazanıblar.
Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomodov (86 kq) və Giorgi Meşvildişvili (125 kq) uğura imza atıb. Onlar öncədən lisenziya qazanan Maqomedxan Maqomedova (97 kq) qoşulublar.
Beləliklə, sərbəst güləşçilərimiz Parisə tam heyətlə yollanaraq bütün çəkilərdə medallar üçün mübarizə aparacaqlar.