featured-image-82461

“Nəticə hər kəs üçün, xüsusilə azarkeşlərimizə mükəmməl oldu. Onlar çox qol vurulanda sevinirlər. Ümumilikdə, bu, bizim üçün də çox yaxşı oldu və qarşıdakı oyunlar öncəsi bizə əlavə motivasiya verdi”.

Msport.az xəbər verir ki, bunu “Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la oyun barədə danışarkən deyib.

Sloveniyalı futbolçu 4:0 hesablı qələbəyə sevindiklərini deyib. O, vurduğu qoldan da danışıb: “Vurduğum qol zamanı “Sabah”ın qapıçısının irəli çıxdığını gördüm və topu qapıya göndərmək üçün əlverişli fürsət yarandı. Beləliklə, qol vurmaq bir qədər asanlaşdı. Əlbəttə, buna görə çox xoşbəxtəm”.

Bənzər xəbərlər