featured-image-82570

Rusiya Birinci Liqasında 11-ci turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Soçi” “Veles Moskva”nın qonağı olub.

Matç həmyerlimizin komandasının qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri birinci hissədə hesabı açsa da, fasilədən sonra qonaqlar 2 dəfə fərqlənərək 2:1 hesablı qələbə qazanıblar. Şeydayev oyuna əsas heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.

Qələbə sayəsində xallarının sayını 22-yə çatdıran “Soçi” turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Bənzər xəbərlər