featured-image-30443

Ramil Şeydayevin ardınca millimizin digər üzvü Emin Mahmudov da Asiyaya yollanacaq.

Msport.az xəbər verir ki, 31 yaşlı futbolçu “Neftçi”nin təklifindən imtina edərək, Cənubi Koreya klubu ilə razılığa gəlib. Yarımmüdafiəçi “Daejoon Sitizen” klubuna keçəcək.

Qeyd edək ki, bu klubda yığmamızın digər üzvü Anton Krivotsyuk çıxış edir.

Ağ-qaralar kapitana illik 350.000 dollarlıq müqavilə təklif etsələr də, Asiyada onun qazancı daha çox olacaq. “Daejoon Sitizen”da futbolçu ilinə 750.000 dollar qazanacaq. Müqavilə müddəti 2,5 il təşkil edəcək.(football.az)

Xatırladaq ki, bundan əvvəl Ramil Şeydayev “Buriram Yunayted” (Tayland) ilə anlaşıb.

Bənzər xəbərlər