featured-image-30419

Azərbaycan Premyer Liqasının 35-ci turunun “Qarabağ” – “Sumqayıt” oyunundan sonra paltardəyişmə otağında dava düşüb.

Msport.az xəbər verir ki, Ağdam klubunun hücumçusu Ramil Şeydayevlə qonaqların müdafiəçisi Todor Todoroski arasında mübahisə yumruqların işə düşməsi ilə nəticələnib.

Hər şey Şimali Makedoniya millisinin üzvünün təhqirindən sonra başlayıb. Oyun başa çatdıqdan sonra komandalar paltardəyişmə otağına döndükdə Todoroski “azərbaycanlı futbolçular tupoydur” ifadəsini işlədib. Bunu eşidən Şeydayev “Sumqayıt”ın futbolçusu ilə məsələni aydınlaşdırmağa başlayıb. O, Todoroskidən üzr istəməsini istəsə də, rədd cavabı alıb. Bundan sonra millimizin üzvü “Sumqayıt”ın paltardəyişmə otağına daxil olaraq, Todoroskini şillə-təpiyin altına salıb. Oyunçular stadionun dəhlizində də mübahisəni davam etdiriblər. Hadisə o qədər böyüyüb ki, polis gəlib aranı sakitləşdirməli olub.

Qeyd edək ki, “supersport.az” saytından olan həmkarımız Anar Cəfərsoy dəhlizdə baş verənləri çəkə bilib.

Deyilənə görə, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov hadisənin nə üçün baş verdiyini bildikdən sonra Şeydayevə haqq qazandırıb və ona “yaxşı eləmisən” deyib.

AYXAN

 

Bənzər xəbərlər