featured-image-37204

“Sumqayıt”ın futbolçusu Kristian Velinovski klubun tarixinə düşüb.

Msport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı şimali makedoniyalı yarımmüdafiəçi “gənclik şəhəri” təmsilçisinin heyətində Premyer Liqada meydana çıxan 200-cü oyunçu olub.

O, “Zirə”yə 0:1 hesabı ilə uduzduqları VI turun matçında iştirak edib.

Debütü 2011/12 mövsümündə gerçəkləşən və əvvəllər “Sumqayıt Şəhər” adı altında çıxış edən klub cari çempionatın startına qədər 190 oyunçuya güvənib. Əvvəlki 5 turda 9 debütantın meydana çıxdığı “Sumqayıt” Velinovski ilə 200-ə çatıb.

“Gənclik şəhəri” təmsilçisi bu göstəricidə 11-ci komandadır. Yalnız 10 komanda daha çox futbolçuya şans verib.

Bənzər xəbərlər