SOCAR "Trabzonspor"un sponsoru ola bilər" - Türkiyə mətbuatı
SOCAR “Trabzonspor”a sponsorluq edə bilər. Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Qara Dəniz klubu artıq bununla bağlı neft şirkəti ilə danışıqlara başlayıb.
Mətbuatın yazdığına görə, “SOCAR Türkiyə”nin yeni rəhbəri Elçin İbadovun “Trabzonspor” azarkeşi olması danışıqların uğurla başa çata biləcəyinə işarədir.
Qeyd edək ki, Trabzon təmsilçisinə bu günlərdə yeni prezidenti seçilib. Bu postda Ertuğrul Doğan çalışacaq.
AYXAN







