featured-image-30381

Luçano Spalletti mövsümün sonunda “Napoli”ni tərk edəcək. Msport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis öz qərarı barədə klubun prezidenti Aurelio De Laurentisə 2 həftə əvvəl məlumat verib.

Spalletti İtaliya A seriyasının 36-cı turunun “İnter”lə oyunundan (3:1) əvvəl futbolçulara da gedəcəyini deyib.

İdda olunur ki, təcrübəli məşqçi Neapol təmsilçisindən ayrıldıqdan sonra 1 il istirahət edəcək.

Qeyd edək ki, “Napoli” onun rəhbərliyi altında 33 ildən sonra İtaliya çempionu olub.

ANAR

Bənzər xəbərlər