featured-image-82710

“Sportinq”in futbolçusu İvan Fresneda karyerasını İngiltərədə davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən “Arsenal” 21 yaşlı cinah müdafiəçisi ilə maraqlanır.

İspaniyalı oyunçu “Real”ın yetirməsidir. O, 2023-cü ildə 9 milyon avro qarşılığında “Valyadolid”dən “Sportinq”ə keçib.

İvan Fresnedanın hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.

Bənzər xəbərlər