featured-image-52179

Azərbaycanın titullu qadın güləşçisi Mariya Stadnik karyerasını bitirə bilər.

Msport.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışından sonra şəxsi instaqram hesabında paylaşım edib.

“Mənim idman tarixim artıq yazılıb – 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda dəstəyini əsirgəməyən və mənimlə olan hər kəsə təşəkkür edirəm. İndi isə başqa bir tarix yazmağın vaxtıdır”, – deyə Stadnik vurğulayıb.

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.

Bənzər xəbərlər