featured-image-82921

“Arsenal”, “Brayton” və “Aston Villa” “Şturm”un 17 yaşlı yarımmüdafiəçisi Luka Vaynhandlı heyətinə qatmaq üçün mübarizə aparırlar.

Msport.az xəbər verir ki, sözügedən klubların skautları Avstriya komandasının son matçlarında iştirak ediblər.

“Arsenal”, “Brayton” və “Aston Villa” üçün Vaynhandlın transferinə təxminən 20 milyon avro ödəmək kifayət edəcək.

Vaynhandl cari mövsümdə bütün turnirlərdə 13 matçda iştirak edib. O, bu görüşlərdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər xəbərlər